Monteneqro ölkənin yaşıl enerji sektorunun inkişafına Azərbaycan tərəfindən investisiyaların qoyulmasına açıqdır.
"Renewables.az" xəbər verir ki, bu barədə Monteneqronun vitse-prezidenti, investisiyalar naziri Ervin İbrahimoviç Trend-ə müsahibəsində deyib.
E.İbrahimoviç Monteneqronun azərbaycanlı investorlarla artıq səmərəli əməkdaşlığa başladığını deyib.
"Monteneqronun külək, günəş, həmçinin hidroenerji sahəsindəki potensialını nəzərə alaraq ölkəmizdə bərpa olunan enerji mənbələri sənayesinin inkişafı üzərində çalışırıq və xarici investisiyalar, xüsusən Azərbaycan investrorları üçün açığıq, çünki sizin ölkənizdən olan investorlarla böyük iş təcrübəsinə malikik", - o əlavə edib.
Nazir həmçinin Azərbaycanla Monteneqro arasında təkcə səmərəli tərəfdaşlıq münasibətlərinin deyil, həm də dostluq əlaqələrinin qurulduğunu qeyd edib.
Rəylər (0):