Muxtar Babayev Françesko La Kamera ilə görüşüb

image

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə COP29 Azərbaycanın rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.

Görüşdə COP29, enerji keçidi, COP28-də qəbul edilən bərpa olunan enerji mənbələrinin üç dəfə artırılması öhdəliyi müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *