Naxçıvanda “yaşıl enerji”nin istehsal payı 53 faizə yüksəlib

image

Bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 35 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.

Renewables.az Muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, sentyabrda çaylarda az sululuqla əlaqədər Su Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisinin payı azalıb.

Qeyd edək ki, ötən ay üzrə istehsal olunan ümumi elektrik enerjisinin 65 %-i İstilik Elektrik Stansiyalarında, 20 %-i Su Elektrik Stansiyalarında, 15 %-i Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 18 %-ə yaxın artıb. Belə ki, 2023-cü ilin 9 ayında "yaşıl enerji"nin istehsal payı 35,1 % olduğu halda 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 %-ə yüksəlib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *