Nazir: "2027-ci ilədək 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyası inşa olunacaq"

image

Oktyabrda ilk xarici sərmayə əsaslı və MDB, Xəzər regionunun ən böyük günəş elektrik stansiyasını “Masdar” şirkəti ilə istifadəyə verdik.

Renewables.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbirdə çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir bildirib ki, 2027-ci ilədək 230 MVt-lıq bu stansiyadan əlavə “Masdar”, “ACWA Power”, bp, “China Gezhouba”, “Nobel Energy” və “Baltech” tərəfindən 1,6 QVt-dan çox gücdə  8 günəş və külək elektrik stansiyası inşa olunacaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *