Nazir: "Aİ ilə yaşıl enerjinin ötürülməsi üçün fəaliyyətimizi intensivləşdirməyi razılaşdırdıq"

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonla görüşüb.

"Renewables.az" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında qeyd edib.

"Enerji məsələləri üzrə komissar Kadri Simsonla görüşdə Aİ ilə dialoq və dəstək çərçivəsində vaxtında Cənub Qaz Dəhlizinin genişləndirilməsi və yaşıl enerjinin ötürülməsi üçün fəaliyyətimizi intensivləşdirməyi razılaşdırdıq", - nazir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *