Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür. Bu gün Azərbaycan dünyanın prioritet qəbul etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır.
Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda “Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi” Forumunda çıxış edərkən deyib.
R.Hacıyev bildirib ki, Azərbaycan 1990-cı - baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Hazırda isə bu öhdəlik 2050-ci ilə kimi 40 faizə çatdırılıb. 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilib.
Rəylər (0):