Bərpa olunan və "yaşıl" enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı tərəfdaşlıqda mühüm istiqamətlərdəndir.
Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib: "Azərbaycanın xarici investorlarla əməkdaşlığı çərçivəsində alternativ və bərpa olunan enerji üzrə layihələrindən əldə olunan enerjinin gələcəkdə region ölkələrinə, o cümlədən Türkiyə və Avropaya ixracı mümkündür".
Rəylər (0):