Niderlandın Şimal dənizində yerləşən "Borssele" və "Egmond aan Zee" külək elektrik stansiyalarındakı turbinlər böyük quş miqrasiyasına görə 13 may tarixində dörd saatlıq dayandırılıb.
Renewables.az Energy Monitor-a istinadla xəbər verir ki, bu hadisə dünyada ilk dəfə olaraq külək stansiyalarının ətraf mühitə təsirini azaltmaq məqsədilə hökumətin pilot təşəbbüsü olaraq baş tutub.
Niderlandın İqlim və Enerji Siyasəti naziri Rob Jetten bildirib ki, bu, dünyada ilk dəfə baş verib, dünyanın heç bir yerində quşların kütləvi miqrasiya zamanı onları qorumaq üçün dənizdəki külək elektrik stansiyaları bağlanmayıb. Biz külək stansiyalarının ətraf mühitə təsirinin mümkün qədər az olmasını istəyirik”, - deyə Jetten əlavə edib.
Məlumata əsasən, hökumət Şimal dənizi üzərində uçan köçəri quşların təhlükəsiz keçidinə imkan yaratmaq üçün payız aylarında da külək stansiyalarının bağlanacağını bildirib.
Turbinlərin dayanma müddəti Amsterdam Universitetinin tələbəsi tərəfindən hazırlanmış, quşların nə vaxt və harada olacağını iki gün əvvəldən proqnozlaşdıran riyazi modeldən istifadə etməklə hesablanıb.
"İki günlük vaxt intervalı şəbəkə operatoruna TenneT yüksək gərginlikli şəbəkənin dayanıqlığını təmin etmək üçün vaxt verir", - məlumatda bildirib.
Rəylər (0):