Oman mediası: Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir

image

Azərbaycan yüz illər boyu ölkənin tələbatını ödəmək üçün kifayət edən böyük həcmdə qalıq enerji ehtiyatlarına malik olmasına baxmayaraq, “yaşıl” enerjiyə sürətli keçidi hədəfləyib.

Renewables.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Omanın aparıcı qəzetlərindən biri olan “Times of Oman”ın “Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir” adlı məqaləsində deyilir.

Məqalənin müəllifləri qeyd edirlər ki, Azərbaycan külək, günəş enerjisi və yaşıl hidrogen sahəsində təşəbbüslər də daxil olmaqla, fosil yanacaqlardan asılılığın azaldılmasında böyük nailiyyətlər əldə edib.

“Azərbaycan öz bərpa olunan enerji potensialını inkişaf etdirməyə can atır ki, bu da ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq planının mühüm hissəsidir. Azərbaycan, həmçinin 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətindədir”, - məqalədə deyilir.

Nəşr qeyd edib ki, noyabrda keçiriləcək COP29 ərəfəsində KİV nümayəndələrinin ölkəyə səfəri təşkil olunub və səfər zamanı onlar Azərbaycanın yaşıl keçidinə töhfə verən bəzi enerji obyektlərinə baş çəkiblər.

Onların arasında Azərbaycanın xarici investisiyalı ilk müstəqil günəş enerjisi layihəsi olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası da olub. Media nümayəndələri, həmçinin Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda da olublar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *