“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə ilk iclas keçirilib

image

Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin ilk iclası keçirilib.

Renewables.az nazirliyə istinadən xəbər verir ki, iclasın əsas məqsədi müvafiq sahədə beynəlxalq standartlara uyğun milli standartların hazırlanması və tətbiqi məsələlərinin müzakirəsi olub.

İclası giriş sözü ilə açan Nazirliyin aparat rəhbərinin müavini, Texniki Komitənin sədri Xalidə Məsimova ölkəmizdə həyata keçirilən islahatların iqtisadiyyatın bütün sahələrinin, o cümlədən energetikanın dayanıqlı inkişafına töhfə verdiyini vurğulayıb. O, qeyd edib ki, beynəlxalq normalara uyğun müasir standartların hazırlanması Azərbaycanda istehsal olunan, eləcə də idxal-ixrac əməliyyatları zamanı məhsulların keyfiyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Standartlaşdırma İnstitutunun Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhri elektrik enerjisi istehsalı sahəsinin müasir inkişafı üçün beynəlxalq standartların tətbiqinin vacibliyindən danışıb və standartlaşdırma proseslərinin qlobal iqtisadiyyata uyğunlaşmasının əhəmiyyətini vurğulayıb.

İclasda “AZS EN 15218:2024 Yerləşgələrin soyudulması üçün buxarlandırma ilə soyutma  kondensatorlu və elektrik intiqallı kompressorlu hava kondisionerləri və mayeli soyuducu aqreqatlar - Terminlər, təriflər, sınaq şərtləri, sınaq üsulları və tələblər”, “AZS EN 30-2-1:2024 Qaz ilə işləyən məişət mətbəx texnikası - 2 - 1-ci hissə: Enerjidən səmərəli istifadə - Ümumi” və AZS IEC 62512:2024 “Məişət istifadəsi üçün elektrik paltaryuma-qurutma maşınları - Performansın ölçülməsi üsulları” standartlarının layihələrinə baxılıb. Müzakirələrdə iştirak edən Texniki Komitənin üzvlərinin layihələrlə bağlı təklif və tövsiyələri dinlənilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *