Azərbaycan IRENA Şurasının toplantısında təmsil olunub

image

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Şurasının 28-ci Toplantısında təmsil olunub.

Renewables.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

IRENA Şurasının 28-ci Toplantısında Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanov iştirak edib.

Tədbirdə Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə hədəfləri və həyata keçirilən layihələri, o cümlədən dənizdə külək və yaşıl enerji zonalarının inkişafı barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan IRENA Şurasının üzvüdür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *