"Orbital O2" enerji sistemi "Orbital Marine Power" tərəfindən yaradılan dünyanın ən güclü qabarma və çəkilmə enerjisi turbinidir.
"Berpaolunanenerji.az" şirkətin saytına istinadən xəbər verir ki, cari ilin iyulunda istifadəyə verilən qurğu 74 metr uzunluğundadır.
Sistem Şotlandiyanın Orkney sahillərində saniyədə 4 metrəyə çatan qabarma və çəkilmə axınından elektrik enerjisi yaradır.
Qabarma və çəkilmə turbini O2-nin istehsal etdiyi yaşıl enerji sualtı kabellər vasitəsilə ümumi şəbəkəyə qoşulur. 2 MVt gücündəki turbin illik 2 min evin elektrik enerjisi tələbatını ödəyir.
O2 qarşıdakı 10 il ərzində bərpaolunan və təmiz enerji istehsal edəcək.
Qeyd edək ki, sistem Türkiyənin “Teksan” şirkətinin istehsal etdiyi generatorla çalışır.
Rəylər (0):