Özbəkistanda “yaşıl enerji” layihələrinin icrası çərçivəsində ilin birinci yarısında 2,4 QVt gücündə 10 günəş və külək elektrik stansiyası istifadəyə verilib və 1,6 milyard kilovat “yaşıl” enerji istehsal edilib ki, bu da yarım milyard kubmetr qaza qənaət etməyə imkan yaradıb.
Renewables.az Özbəkistan mediasına istinadla xəbər verir ki, bunu Prezident Şavkat Mirziyoyev 2024-cü ilin birinci yarısında iqtisadi artımın təhlilinə və gələcək vəzifələrin müəyyənləşdirilməsinə həsr olunmuş videoselektor müşavirəsində deyib.
Gələn il Buxara vilayətinin Peşkun və Gijduvan rayonlarında hər biri 500 MVt gücündə iki külək elektrik stansiyası istifadəyə veriləcək. 2026-cı ildə isə Qaraqalpaqstan Respublikasında ümumi gücü 1600 MVt olan dörd külək elektrik stansiyası işə salınacaq.
Özbəkistan 2030-cu ilə qədər ölkə bərpaolunan enerji mənbələrinin qoyuluş gücünün 20 QVt və daha çox artırmağı planlaşdırır ki, bu da ümumi enerji balansının təxminən 40 faizini təşkil edəcək.
Rəylər (0):