Pərviz Şahbazov: "2030-cu ilədək xarici investisiya hesabına 8 QVt-dan çox “yaşıl enerji” layihələri reallaşdırılacaq"

image

2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri məhz xarici investisiya hesabına reallaşdırılacaq. 

Renewables.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbirdə çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılmasında, “yaşıl gələcəy”in qurulmasına milli səviyyələrdə mühüm töhfələrin verilməsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın müstəsna rol oynadığını və Azərbaycanın artıq 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başladığını qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *