Pərviz Şahbazov: Azərbaycan 3 yeni elektrik stansiyası ilə 2,3 milyard kVt-saat yaşıl enerji istehsal edəcək

image

Bu gün Azərbaycan və BƏƏ-nin münasibətlərindəki qardaşlıq, dostluq və strateji tərəfdaşlığın sinerjisinin gücü ilə daha bir tarixi uğura nail olundu.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"445 MVt gücündə Biləsuvar GES, 315 MVt gücündə Neftçala GES və 240 MVt gücündə Abşeron-Qaradağ KES-in təməlinin qoyulması Azərbaycanın yaşıl enerji sahəsində bir ilk olmaqla yanaşı, COP-a ev sahibliyi edən ölkələr olaraq yaşıl dünya naminə həmrəyliyimizin və enerji keçidinə sadiqliyimizin də parlaq göstəricisidir. İllik 2 milyard 305 mln. kVt-saat elektrik enerjisinin istehsalı, 496 mln. m3 təbii qaza qənaət, həmçinin 1 mln. tona yaxın karbon emissiyasının qarşısının alınması bu stansiyaların dayanıqlı inkişafa gələcək töhfələridir", - nazir paylaşımında bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *