Pərviz Şahbazov La Kamera ilə görüşüb, bərpa olunan enerji əməkdaşlığı müzakirə olunub

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"IRENA-nın baş direktoru Françesko La Kamera ilə görüşdə COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumunun təşkili, birgə təşəbbüslərin reallaşdırılması və bərpa olunan enerji sahəsində ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr apardıq", - nazir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *