Pərviz Şahbazov: "Təbii qaz və yaşıl enerjiyə bərabərhüquqlu yanaşma Azərbaycanın inkişaf manifestidir"

image

“Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli enerji siyasətimizin prioritetidir. Strateji hədəfli bu fikirlər, təbii qaz və “yaşıl enerji”yə bərabərhüquqlu yanaşma enerji ölkəsi Azərbaycanın yeni mərhələdə inkişaf manifestidir.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Əlcəzairdə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VII Zirvə Toplantısında çıxışında bildirib.

Nazir deyib: "Hesab edirik ki, belə bir strategiya nəinki milli səviyyədə, ümumən dünyada da təhlükəsiz və dayanıqlı enerji gələcəyi üçün münasib həllərdəndir”, deyə nazir əlavə edib".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *