Bakı Yay Enerji Məktəbi əla fürsətləri ilə iştirakçıların Azərbaycanın enerji siyasətini və qlobal enerjiyə verdiyi faydaları daha yaxşı anlaması üçün çox önəmli rol oynayır.
Renewables.az-ın yerli mediaya istinadən xəbərinə görə, bu sözləri energetika naziri Pərviz Şahbazov 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan daim enerji resurslarının etibarlı tədarükçüsü olub: “Əsasən də neft və qaz ölkənin iqtisadi inkişafını təmin etmək baxımından çox mühüm rol oynayıb. Neft və qaz yalnız Azərbaycanın və qonşu ölkələrin enerji təhlükəsizliyi baxımından deyil, həmçinin daha geniş bölgələrin enerji ilə təmin olunması üçün də mühüm rol oynayıb”.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan sosial-iqtisadi strategiya qəbul edib və yaşıl enerjinin inkişafı gündəlikdə duran prioritet məsələlər sırasında yer alıb.
Rəylər (0):