Prezident: Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır

image

Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir.

Renewables.az Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirlər dövlət başçısı İlham Əliyevin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *