Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyev Kir Starmeri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin ediməsi münasibətilə təbrikində bildirib.
"Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımı ifadə edirəm", - Prezident təbrikində qeyd edib.
Rəylər (0):