Prezident: "Təklif etdik ki, ötürmə qabiliyyəti 1000 meqavat yox, 4 min meqavat səviyyəsində olsun"

image

"Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladıqları Strateji Tərəfdaşlıq haqqında dördtərəfli Sazişin mahiyyəti hələ ki, tam geniş təhlil edilməyib. Çünki bu, bir yenilik oldu və bir çoxları üçün gözlənilməz oldu".

"Renewables.az" Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Əlbəttə ki, biz bu layihə üzərində işləməyə başlayanda çox açıq-aydın görürdük ki, onun reallaşması üçün hansı addımlar atılmalıdır. Ona görə biz bu layihəyə qoşulandan sonra faktiki olaraq bu layihə gerçəkləşməyə başlamışdır. Çünki bir fikir, bir ümumi konsepsiya olaraq bu layihə artıq uzun illər idi ki, mövcud idi. Hətta texniki-iqtisadi əsaslandırma da aparılır və ilkin variantda o layihənin ötürmə qabiliyyəti bir min meqavat elektrik enerjisinə hesablanmışdır. Biz layihəyə qoşulandan və bütün təhlil işlərini aparandan sonra təklif etdik ki, bir halda biz buna qoşuluruq, bunu daha genişmiqyaslı şəkildə həyata keçirək. Təklif etdik ki, 1000 meqavat yox, 4 min meqavat səviyyəsində olsun”, - deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, bu layihənin həyata keçirilməsi, eyni zamanda, Azərbaycana olan investisiya marağından doğur. Çünki bizim hazırda bu qədər elektrik enerjisini ixrac etmək imkanlarımız yoxdur. Biz ixrac edirik, bizim orta hesabla ixrac imkanlarımız təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələri bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *