Prezident: "Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq"

image

Yaşıl enerjiyə gəldikdə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. Çünki yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb. Yəni, qazla, neftlə bağlı bütün məsələlər həll olunub.

Renewables.az President.az saytına istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Prezident İlham Əliyev deyib: "Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq. Avropa Komissiyasında, əlbəttə ki, bunu yaxşı başa düşürlər və martın əvvəlində Bakıda Cənub Qaz Dəhlizinin növbəti Məşvərət Şurası keçiriləcək və bu Məşvərət Şurasına Azərbaycanla Avropa Komissiyası həmsədrlik edir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *