Biz Azərbaycan tərəfini və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirməyə çağırırıq.
Renewables.az-ın məlumatına görə, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov TDT-nin dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
Qırğızıstan Prezidenti Azərbaycanla və təşkilata üzv olan digər ölkələrlə bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq qeyd etdi: “Azərbaycanın bərpaolunan enerji mənbələrini, o cümlədən COP29-a sədrliyi çərçivəsində fəal inkişaf etdirdiyini və təşviq etdiyini nəzərə alaraq, biz Azərbaycan tərəfinə və ümumilikdə üzv dövlətlərə bərpaolunan enerji mənbələri ilə bağlı birgə layihələri həyata keçirmək üçün çağırış edirik”.
Japarov bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verəcək: "Bu konfransı maliyyələşdirməyə kömək etmək üçün irəliləyiş əldə edə bilərsiniz. Bu konfrans bir sıra məsələlərdə, o cümlədən maliyyə məsələlərində irəliləyiş əldə etmək imkanı verəcək".
Rəylər (0):