2024-cü ilin yanvar-fevral aylarında ölkədə elektrik enerjisi istehsalı 4 milyard 378,7 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz azdır.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 4 milyard 229,8 milyon kVt-saat təşkil edib və bu da 10,6 faiz azdır.
Bu dövrdə su elektrik stansiyalarının enerji istehsalı 262,7 milyon kVt-saat (2,3 dəfə çox), külək elektrik stansiyalarının enerji istehsalı 9,4 milyon kVt-saat (5,6 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 29,4 milyon kVt-saat (3,6 dəfə çox) təşkil edib.
Rəylər (0):