Cari ilin yanvar-may aylarında ölkədə elektrik enerjisi istehsalı 10 milyard 494,4 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azdır.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 10 milyard 141,6 milyon kVt-saat təşkil edib və bu da 6 faiz azdır.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 1 milyard 179,5 milyon kVt-saat, külək elektrik stansiyalarının enerji istehsalı 26,1 milyon kVt-saat, günəş elektrik stansiyalarının enerji istehsalı 155,5 milyon kVt-saat təşkil edib.
Rəylər (0):