İngilis avtomobil brendi “Rolls-Royce”a bağlı “Rolls-Royce Power Systems AG” şirkəti Böyük Səhradan cənubdakı Afrikada (Qara Afrika) kiçik ölçülü günəş enerjisi və enerji saxlama sistemləri ilə həllər təklif edən alman startapı “Kowry Energy”yə sərmayə qoyub.
Bu barədə “Berpaolunanenerji.az” şirkətə istinadən xəbər verir.
“Kowry Energy” startapı 1 MVt-a qədər fotovoltaik və enerji saxlama hibrid sistemləri təklif edir.
Şirkətin təsisçisi Ndiarka Mbodji bildirib: “Dünyamız iqlim problemi ilə qarşı-qarşıyadır. Bu gün Böyük Səhradan cənubdakı Afrikada enerjiyə çıxışı olmayan 600 milyon insanın elektrik probleminin həll olunacağına inanırıq. Bunun üçün, planlı və sürətli şəkildə dayanıqlı enerjiyə çıxışı təmin edən innovatik iş modelli tələb olunur. Yatırımçımız “Rolls-Royce Power Systems AG”nin dəstəyi ilə “Kowry Energy” olaraq buna nail olacağımıza əminik”.
N. Mbodji əlavə olaraq, bu il Mali və Nigeriyada işlərə başlanılacağını, iş modelinin 17 milyon dollarlıq mövcud layihə çərçivəsində təsdiqləndiyini bildirib.
Şirkət təsisçisi bununla bağlı həyəcanlı olduqlarını belə gizlətməyib: “Afrikada dayanıqlı enerjiyə əlçatanlığı təmin etmək mövzusunda daha çox investoru qəbul etməyi dörd gözlə gözləyirəm”.
Rəylər (0):