ROSATOM-un (Rusiya Dövlət Nüvə Enerjisi Şirkəti) “Novawind” şirkətinin inşa etdiyi "Marçenkovskaya" Külək Elektrik Stansiyası topdan elektrik bazarına daxil olub.
Bu barədə “Berpaolunanenerji.az” şirkətə istinadən xəbər verir.
“Novawind”ın Rostovun Zimovniki əyalətində qurduğu 120 MVt gücündəki KES bu ay elektrik və güc bazarına daxil olub.
Stansiyanın inşasında istifadə olunan avadanlıq və qurğuların 68 %-i yerli istehsaldır. Bununla bağlı şirkətin rəsmisi Andrey Nesteruk açıqlama verib: “Bütün bunlar, bir çox rus şirkətini külək stansiyalarına qurğular istehsal etmək üçün yeni texnologiyalar baxımından inkişaf etdirdi. Hazırda toplam gücü 240 MVt olan üç külək elektrik stansiyasının inşasını davam etdiririk".
“Novawind”, 2021-ci ilin sonuna qədər Stavropolda toplam 180 MVt gücündə iki KES istismara verməyi planlaşdırır.
Xatırladaq ki, şirkət 2024-cü ilə qədər ümumi gücü 1,2 QVt-a qədər külək elektrik stansiyaları inşa edəcəyini açıqlayıb.
Rəylər (0):