İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında bərpa olunan enerji resursları müzakirə edilib və gələcək əməkdaşlıq üçün potensial imkanlar araşdırılıb.
Renewables.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"ADNOC şirkətinin Aşağı Karbon Həllləri və Beynəlxalq İnkişaf üzrə İcraçı Direktor Musabbeh Al Kaabi (Musabbeh Al Kaabi) ilə strateji dialoq apardıq", - R. Nəcəf bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb. Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Rəylər (0):