Gələcək yaşıl enerji ilə bağlı Qara dənizin altı ilə inşa ediləcək layihə Azərbaycanın bərpaolunan enerji mənbələrini Avropaya gətirəcək.
"Renewables.az" Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikri Rumıniya Prezidenti Klaus Yohannis dövlət başçısı İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib.
"Layihə Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi şəkildə dəstəklənir. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik", - Klaus Yohannis deyib.
Rəylər (0):