Şavkat Mirziyoyev xarici enerji investorlarını "Dostluq" ordeni ilə təltif edib

image

Özbəkistan Respublikasının müstəqilliyinin 32-ci illiyi ilə əlaqədar Prezident Şavkat Mirziyoyev ölkəsinin inkişafına və beynəlxalq əməkdaşlığa müstəsna töhfələrinə görə xarici enerji investorlarını "Dostluq" ordeni ilə təltif edib.

Renewables.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı Şavkat Mirziyoyev fərman imzalayıb.

Belə ki, Səudiyyə Ərəbistanı Krallığından olan "ACWA Power Company" İdarə Heyətinin sədri Məhəmməd Abunayyan, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi, Türkiyədə fəaliyyət göstərən enerji şirkəti "Aksa Energy"nin İdarə Heyətinin sədri Cəmil Kazancı, Fransanın "Total Eren" şirkətinin İdarə Heyətinin sədri Paris Mouratoglou və digərləri "Dostluq" ordeni ilə təltif olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *