Serbiya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində potensial layihələri müzakirə etməyi planlaşdırır.
"Renewables.az" xəbər verir ki, bu barədə Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç Trend-ə eksklüziv müsahibəsində deyib.
Dubravka Cedoviç Serbiyanın hazırda strateji sənədlərin hazırlanması üzərində işlədiyini bildirib. Bu sənədlərdə Serbiyanın enerji balansında bərpa olunan enerji mənbələrinin payı və növbəti onillik ərzində zərərli qaz tullantılarının azaldılması ilə bağlı hədəf göstəricilər müəyyən olunacaq.
Rəylər (0):