"Şimal" KSES-də il ərzində 2,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal ediləcək

image

Bu gün Bakıda Prezident İlham Əliyev tərəfindən açılışı olan “Şimal” Kiçik Su Elektrik Stansiyası vasitəsilə il ərzində 2,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal ediləcək.

Renewables.az-ın məlumatına görə, istehsal edilən elektrik enerjisi “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq.

Qeyd edək ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının ərazisində “AzərEnerji” ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-lıq "Şimal" Kiçik Su Elektrik Stansiyası tikilib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *