“Şimal” KSES-də istehsal olunacaq enerji “Şimal-1” və “Şimal-2” ES-lərinin daxili tələbatına sərf olunacaq

image

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olan “Şimal” Kiçik Su Elektrik Stansiyasında (KSES) istehsal ediləcək elektrik enerjisi “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının (ES) təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq.

Renewables.az-ın məlumatına görə, nəticədə bu günə qədər “Şimal” ES-in daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

Qeyd edək ki, qoyuluş gücü 300 kVt (0,3 MVt) olan "Şimal" KSES “Şimal” ES-in ərazisində, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində tikilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *