SOCAR COP29-da geotermal enerjinin inkişafı üzrə işlərin nəticələrini açıqlayacaq

image

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı geotermal enerjinin inkişafı istiqamətində görülən işlərin nəticələrini açıqlayacaq.

Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində deyib.

O qeyd edib ki, SOCAR “yaşıl enerji” sahəsində ixtisaslaşmış “Lightsource BP” şirkəti (BP-nin törəmə şirkəti) ilə birgə işləyir. Bu şirkətlə 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *