Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə görüşüb.
Renewables.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə enerji sektorunda həyata keçirilən layihələrdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin “Abşeron” layihəsinin cari vəziyyəti, onun növbəti fazası üzrə irəliləyişlər, aşağı karbon həlləri və bərpa olunan enerji layihələri barədə məsələlər müzakirə olunub. Bu xüsusda ADNOC-un Azərbaycanda ümumi gücü 10 QVt olan bərpa olunan enerji layihəsini icra edən və BƏƏ-nin təmiz enerji sahəsində ən böyük şirkəti olan “Masdar”a investisiyası ilə qlobal miqyasda bərpa olunan enerjinin inkişafına təkan verdiyi qeyd edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):