Tokayev: "Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi mövqelərini gücləndirəcək"

image

Mən bilirəm ki, Azərbaycan da “yaşıl energetika” ilə bağlı gündəliyin fəal təbliğində ciddi uğurlar əldə edib. Bu gün ölkəniz xarici bazarlarda uğurlu elektrik enerjisi təchizatçısıdır və Avropa İttifaqının "Global Gateway" layihəsinin bir hissəsi olan “Qara Dəniz Enerjisi” (“Black Sea Energy”) adlı təşəbbüsdə iştirak edir.

Renewables.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Prezident Tokayev deyib: "Qazaxıstanın nəhəng bərpa olunan enerji potensialını nəzərə alaraq, biz Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının səylərini, enerji sistemlərinin davamlı qarşılıqlı əlaqəsi də daxil olmaqla, əlaqələndirmək və sinxronlaşdırmaq təşəbbüsünü alqışlayırıq.

Ötən ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri Qazaxıstan və Özbəkistandan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərini müzakirə ediblər. Həmçinin “yaşıl” energetika sahəsində layihələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün yekununda ölkələrimiz Avropaya elektrik enerjisi ixracı üzrə birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasının hazırlanması barədə razılığa gəliblər. Beləliklə, Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr tezliklə birləşəcək ki, bu da ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi mövqelərini gücləndirəcək".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *