Turboelektrik nanogeneratorlar: yeni texnologiya yağış damcılarından elektrik əldə etməyi bacarır

image

Yağış damcıları buludlardan enərkən elektrikə çevrilə bilən az miqdarda enerji əmələ gətirir. Ancaq bu enerji mənbəyini istifadəyə uyğun hala gətirmək çox uzun müddət mümkün olmamışdı.

Renewables.az “ScitechDaily” saytının məlumatına istinadla xəbər verir ki, Sinxua Universitetinin alimləri yeni yaratdıqları texnologiya ilə yağış damcılarından alınan elektrik enerjisini qoruyub saxlamağı bacarıblar. Tədqiqatçıların fikrincə, bu prosesə hidroenergetikanın miniatürləşdirilmiş versiyası kimi baxmaq olar.

Yağış damcısı enerjisini toplamaq üçün maye-bərk kontaktın elektrikləşməsindən istifadə edən turboelektrik nanogenerator (TENG) adlı cihazın yağış damcılarından uğurla elektrik aldığı, ən əsası da onu mühafizə edib ötürə bildiyi sübut olunub.

Bununla belə, hazırda TENG-in yağış panellərinə çıxışı olduqca məhduddur. Bu da əldə olunan elektrik miqdarını limitləyir. Sinxua Universitetinin mühəndisləri hazırda bu da daxil olmaqla cihazdakı texniki problemlər üzərində işlədiklərini qeyd edirlər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *