Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib

image

Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib.

Renewables.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “X”da yazıb.

“İnkişaf yolu layihəsi vasitəsilə bölgəmizin rifahına və sabitliyə töhfə verəcəyimiz qonşumuz İraqa elektrik ixracına dünəndən etibarən başlamışıq. Qoyacağımız investisiyalarla İnkişaf yolunu eyni zamanda “Enerji yolu”na çevirəcəyik”, - o bildirib.

Qeyd edək ki, Türkiyədən İraqa elektrik enerjisi ixracı 2023-cü ildə dayandırılmışdı.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *