Türkiyənin “Say Bərpaolunan Enerji” şirkəti İspaniyanın “GRI Renewable Industries” şirkətindən külək turbini hissələri idxal edəcək.
“Berpaolunanenerji.az”ın “Enerji Günlüğü”nə istinadən verdiyi məlumata görə, türk şirkəti “GRI Renewable Industries”dən külək turbini hissələrinin tədarükü mövzusunda anlaşıb.
İlk mərhələdə şirkət 60,000 avro həcmində turbin hissələri sifariş edib.
Qeyd edək ki, “GRI Renewable Industries” şirkətinin ABŞ, Argentina, Braziliya, Çin, Koreya Respublikası, Hindistan, İspaniya və Türkiyədə toplam 16 fabriki fəaliyyət göstərir.
Rəylər (0):