Türkiyədə günəş elektrik stansiyasının açılışı olub

image

Türkiyənin Van vilayətində 55,6 meqavat gücündə günəş elektrik stansiyasının açılış mərasimi keçirilib.

Renewables.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, stansiya 784 min kvadratmetr ərazini əhatə edir.

Açılış mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edib.

Xatırladaq ki, Türkiyədə may ayında Avropanın ən böyük günəş elektrik stansiyası olan Karapınar Günəş Elektrik Stansiyasının açılışı olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *