Türkiyədə stadion üzərində dünyanın ən böyük günəş sistemi qurulub

image

Türkiyənin Qalatasaray futbol klubunun "Türk Telecom" stadionu üzərində dünyanın ən böyük günəş enerjisi sistemi qurulub.

"Berpaolunanenerji.az" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, stadion "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Günəş panelləri ildə 4,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək və stadionun illik enerji ehtiyacının 63 faizini qarşılayacaq. İstehsal olunacaq elektrik illik 2 min evin enerji ehtiyacına bərabərdir. 

İstehsal olunacaq günəş enerjisi illik 3 250 ton karbon emissiyasının qarşısını alacaq.

Qeyd edək ki, bu Avropada ilk belə layihədir. Layihəni Türkiyənin "Enerjisa" şirkəti reallaşdırıb.

40 min kvadrat metr ərazidə qurulan 10 mindən çox panelinin ümumi gücü 4,2 MVt-dır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *