"Senerji Enerji" tərəfindən Türkiyənin Nevşəhər şəhərində, "Kızılırmak" çayı üzərində yerləşən Bayramhacılı SES-nə köməkçi mənbə olaraq 30 MVt gücündə üzən hibrid günəş elektrik stansiyası qurulacaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, layihənin dəyəri 90 milyon lirə (təxminən 18 milyon manat) olaraq hesablanır.
Layihə çərçivəsində, 4 "üzən ada" üzərində fotovoltaik panellər yerləşdiriləcək. Üzən GES ildə 60 mln. kVt⋅saat elektrik enerjisi istehsal edəcək.
Rəylər (0):