Türkiyədə "Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən sonra demək olar ki, bütün külək elektrik stansiyaları (KES) ilkin olaraq enerji nəqli xətlərindəki problemlər səbəbindən sıradan çıxmışdısa qısa zamanda edilən müdaxilələrlə enerji istehsalı problemsiz şəkildə davam etdirilib.
"Renewables.az"ın məlumatına görə, Türkiyə Külək Enerjisi Birliyinin (TÜREB) sədri İbrahim Erden Anadolu Agentliyinə bildirib ki, bölgədə qurulan külək elektrik stansiyaları tez bir zamanda yoxlanılıb.
Şəbəkədəki zədələrin başa çatdırılması və şəbəkənin istismara verilməsi ilə onların hamısı tam gücü ilə işləyir.
TÜREB sədri, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra o bölgədə fəaliyyət göstərən 962,42 meqavat gücündə cəmi 21 KES-in fasiləsiz olaraq enerji təchizatına töhfə verdiyini bildirib.
11 KES və 437,47 meqavat quraşdırılmış gücü ilə bölgənin ən yüksək külək enerjisi gücünə malik Hataydakı stansiyalar zəlzələlərdən sonra elektrik enerjisi istehsal etməyə davam edib.
Bildirilir ki, zəlzələnin episentri Kahramanmaraşda 121,5 meqavat gücündə 2 KES, Qaziantepdə 65,55 meqavatlıq 1 KES və Adanada 33,4 meqavatlıq 1 KES elektrik enerjisi istehsal etməyə davam edir.
Qeyd olunur ki, Osmaniye-Kahramanmaraş, Adıyaman və Malatyada müvafiq olaraq 23,3, 27,5 və 11,7 meqavat gücə malik 3 KES problemsiz işləyir. Belə ki, Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş, 7 şəhərdə yerləşən 962,42 meqavat gücündə 21 külək elektrik stansiyası fasiləsiz olaraq elektrik enerjisi istehsal etməyə davam edir.
Rəylər (0):