"Vestas"ın gəlirləri 7 % azalıb

image

Danimarkanın külək turbini istehsalçısı “Vestas” dünyanın müxtəlif ölkələrində inşa edilən külək elektrik stansiyalarının əsas turbin təchizatçılarındadır. Şirkət 2022-ci ilin ikinci rübünə olan maliyyə göstəricilərini açıqlayıb.

"Berpaolunanenerji.az" şirkətin açıqlamasına istinadən xəbər verir ki, bu ilin ikinci rübündə şirkətin gəlirləri 7 % azalıb.

Azalmaya səbəb dənizdə (ofşor) külək layihələrinin icrasının ləngiməsi göstərilir. Buna baxmayaraq, şirkətin illik ortalama satış gəlirləri 22 % artıb.

Təkcə bu ilin ikinci rübündə şirkət 2,2 QVt gücündə sifariş qəbul edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *