"Vodafone Türkiyə" 100 % bərpa olunan enerji hədəfinə 3 il tez çatdı

image

Dünyanın ən böyük GSM operatoru "Vodafone". Türkiyədəki şəbəkə və ofislərində istifadə etdiyi elektrik enerjisinin 100 %-i bərpa olunan mənbələrdən əldə etməyə başladı. Beləcə şirkət 100 % bərpa olunan enerjidən istifadə hədəfinə 3 il tez çatmağı bacardı və bu hədəfə çatan ölkənin ilk və tək mobil operator oldu.

Şirkət Türkiyədə 12 data mərkəzi, 16 ofis binası, 25 mindən çox baza stansiyasında istifadə edilən illik toplam 515 qiqavat-saat elektrik enerjisini bərpa olunan mənbələrdən alır. Həmçinin, 2040-cı ilə qədər sıfır karbon emissiyası şirkətin "yaşıl siyasət"inin digər hədəfidir. 

2019-cu ildə Adana, 2020-ci ildə İstanbul şəhərindəki mərkəzlərində qurulan günəş sistemlərinə şirkət toplam 5 milyon lirə yatırım edib. Qarşıdakı 2 ildə isə İzmir, Tuzla və Diyarbəkir şəhərlərindəki texnoloji mərkəzlərində bərpa olunan mənbələrə yatırım edəcək. Ümumilikdə 5 əsas mərkəzində edəcəyi bərpa olunan enerji yatırımları ilə 2 meqavat qoyuluş gücünə, illik təxminən 3 qiqavat-saat yaşıl enerji istehsal etməyi və 1,451 ton CO2 emissiyasının qarşısını almağı hədəfləyir.

Mənbə: Enerji Gazetesi

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *