Wind Europe: Türkiyə Avropanın ən böyük külək turbini tədarükçüsü ola bilər

image

Avropa Birliyinin külək enerjisinin inkişafı üçün Türkiyəyə ehtiyacı var.

Renewables.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikri Wind Europe şirkətinin baş icraçı direktoru Giles Dickson İstanbulda Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) tərəfindən təşkil edilən 12-ci Türkiyə Külək Enerjisi Konqresi - TÜREK 2023-də çıxışı zamanı deyib.

Dickson Avropanın enerji istehsalında küləyin payını artırmaq qərarına gəldiyini xatırladıb: "Külək turbinlərinin istehsalı üçün bir çox elementə ehtiyac var. Bunların çoxu Çindən gəlir, amma Türkiyə də var. Avropa həm Çindən asılılığı azaltmaq, həm də iqtisadi səbəblərdən bu elementləri Türkiyədən almaq istəyir. Bundan əlavə, Türkiyədə inkişaf etməkdə olan külək avadanlıqları istehsalı sektoru var. Türkiyə Avropanın ən böyük tədarükçüsü ola bilər, biz birlikdə inkişaf edə bilərik”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *