Wood Mackenzie: “Günəş enerjisinin qoyuluş gücü üç qat artacaq”

image

Dünyanın məşhur araşdırma şirkəti “Wood Mackenzie”nin araşdırmasına görə, Asiya-Sakit okean bölgəsində günəş enerjisinin qoyuluş gücünün üç qat artacaq.

Bu barədə “Berpaolunanenerji.az” şirkətə istinadən xəbər verir.

Şirkətin araşdırmasında, Asiya-Sakit okean bölgəsində günəş enerjisinin qoyuluş gücünün 2030-cu ilə qədər üç qat artaraq 1.500 QVt-a çatacağı bildirilir.

Araşdırmaya görə, bölgədə, qarşıdakı on ildə əlavə olunacaq ümumi qoyuluş gücündə günəş enerjisinin payının 51 % olacağı gözlənilir.

Şirkət rəsmisi Sin Tjanın sözlərinə görə, bölgədə ümumi elektrik enerjisi istehsalında günəş enerjisinin payı 2030-cu ildə 10 %-ə çatacaq (2020-ci ildə 4 %).

Araşdırmada, Çinin 2030-cu ilə qədər 619 QVt yeni günəş enerjisi gücü əlavə edəcəyi bildirilir.

Avstraliyada isə günəş enerjisinin payı 20 %-ə çataraq bölgədə ən yüksək paya sahib olacağı qeyd olunur. Avstraliyanı 15 %-lə Vyetnam, 13 %-lə Yaponiya izləyəcək.

“Wood Mackenzie”ə görə, İndoneziya on il ərzində ən sürətlə böyüyən günəş enerjisi bazarı olacaq. Hazırda sadəcə 300 MVt günəş enerjisi gücünə sahib ölkənin, 2030-cu ilə qədər 8,5 QVt qoyuluş gücünə çatacağı təxmin edilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *