Yaşıl Enerji Məşvərət Şurasında AREA-nın təqdimatı dinlənilib

image

Fevralın 3-də Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzusunda plenar sessiya ilə davam edib.

"Renewables.az" xəbər verir ki, sessiyada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova təqdimatla çıxış edib.

Qeyd edək ki, "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” üzrə sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib.

Bildirilib ki, ötən ilin dekabrında Avropa Komissiyasının dəstəyi ilə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə dördtərəfli formatda əməkdaşlığın əsası qoyulub. Lakin Xəzər dənizi ilə Qara dəniz, Azərbaycan ilə Avropa arasında “yaşıl enerji” körpüsünün qurulması daha geniş “yaşıl beynəlxalq komanda”nın formalaşmasını zəruri edir. Çünki Cənub Qaz Dəhlizi kimi bu dəhliz də Avropa İttifaqı və Cənub-Şərqi Avropa ölkələrinə enerji təchizatını və tranzit marşrutlarını şaxələndirəcək. Daha çox Avropa ölkəsinə genişləndirilmək perspektivinə malik olacaq.

Sessiyada AREA ilə yanaşı, SOCAR, “Masdar”, bp, “ACWA Power” “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Asiya İnkişaf Bankı və Dünya Bankının yaşıl enerjiyə keçid, enerji keçidi üzrə investisiya və bazar perspektivləri, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatları dinlənilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *