Yaxın on il ərzində SOCAR sıfır karbon səviyyəsinə çatacaq

image

Qısamüddətli perspektivdə neft-qaz ehtiyatları enerji təhlükəsizliyini təmin etməkdə davam edəcək.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, neft-qaz şirkətləri sıfır karbon məqsədlərinə çatmaq üçün öz proqram və inkişaf strategiyalarını təkrar qurur.

"Bu gün şirkətimizdə müvafiq proqram artıq hazırlanıb və karbon qazı buraxılışının azaldılması üzrə layihələr icra olunmağa başlayıb. Xəzər dənizinin Azərbaycan akvatoriyasının ekoloji təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq tərəfdaşlarımızla müvafiq işlər aparırıq. Bizim yeni strategiyamız texnologiyaların tətbiqinin genişlənməsini, zərərli tullantıların azaldılmasını, eləcə də enerji ehtiyatlarının təhlükəsiz hasilatını nəzərdə tutur", - deyə o bildirib.

R.Hüseynzadə əlavə edib ki, beynəlxalq təşkilatların məlumatlarına əsasən, yaxın on il ərzində SOCAR sıfır karbon səviyyəsinə çatacaq.

"Hidrogen və alternativ enerji mənbələri ən təhlükəsiz yanacaq növlərindəndir və SOCAR bu istiqamətdə layihələrlə məşğul olur", - o deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *