2023-cü ildə Türkiyənin qoyuluş gücü artımının 99,5 faizi bərpa olunan mənbələrdən təmin edilib

image

2023-cü ildə Türkiyənin elektrik enerjisi qoyuluş gücü artımının 99,5 faizi bərpa olunan enerji mənbələrindən təmin edilib.

Renewables.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, ötən il elektrik enerjisi qoyuluş gücü 2,858 MVt artıb ki, bunun da 99,5 faizi bərpa olunan enerji mənbələri hesabına olub: "Beləcə, bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücü 59,236 MVt-a çatıb".

Bayraktar, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 42 faiz, qoyuluş gücündə isə 56 faiz olduğunu açıqlayıb: "Hədəfimiz 2035-ci ildə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 55 faizə, qoyuluş gücündə isə 65 faizə çatdırmaqdır".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *